uc, kənar

ру край en edge de Rand fr bord es borde it orlo
UB-nüfuz edici dalğa
uçucu
OBASTAN VİKİ
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar. Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.
Uc beyin
Uc beyin — lat. telencephalon uc beyin qovuğundan diferensasiyaetmiş törəmələrə böyük beyin yarımkürələri — lat. hemispheria cerebri, görməqabaraltının görmə hissəsi — lat. pars optica hypothalami, komissural sistemdən (bitişmə sistemindən) hesab olunan döyənək cismi — lat. corpus collosum və ön bitişmə — lat. commissura anterior aiddir. Uc beyin yüksək inkişaf dərəcəsinə çatmışdır; yuxarı tərəfdən və yanlardan beyin kötüyünü çəpgən kimi əhatə etmişdir. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Uc bəyliyi
Uc bəyliyi (Osmanlıca: اوج بگلیکی — uc bəyliyi); orta əsrlərdə xristian ilə islam dünyasının arasındakı müsəlman sərhəd bölgələri üçün istifadə olunan bir tanıtımdı. Uc bəyliyinin xristian tərəfindəki qarşılığı, yunanca AKRON (άκρον) olaraq adlandırılırdı. Sərhəd bölgələrində öz torpaqlarını müdafiə öhdəçiliyi götürən kəslərə Bizans tərəfində Akrit (ακρίται), müsəlman tərəfdə isə qazi (Osmanlıca: غازى) adlanırdı. İslamın erkən orta əsrlər dövründə yayılmasıyla birlikdə, Şərqi Anadolu xristian ilə İslam dünyalarını arasında ən əhəmiyyətli sərhəd bölgəsi halına gəlmişdir. Bu bölgənin sakinləri, ola biləcək bir hücumu geri oturtmaq ya da düşmən torpaqlarına hücum təşkil etmək üçün davamlı səfərbər olmaq məcburiyyətində idi. Sərhəd bölgələrdə bu səbəblə çox xüsusi bir həyat tərzi inkişaf etmişdir. Yerli xalqın bu həyat tərzləri, xalq ozanları üçün fərqli dastanlara ilham qaynağı olmuşdur. Bizans qəhrəmanlıq dastanı olan Digenis Akritas ya da müsəlmanların Battal Qazi dastanı bu cür əsərlərin ən çox tanınan nümunələridir. Sərhəd (uc) bölgələrdə yaşayan xalq üçün, yeri gəldiyində tərəf dəyişdirmək, qarşı tərəfin qadınlarını qaçırmaq və əsirləri öz mədəniyyətlərinə mal etmək kimi adətlər məşhur idi. Oğuz boyundan türkmənlərin Orta Asiyadan Anadoluya girməsi və 1071-ci ildə zühur edən Malazgirt müharibəsi sonrasında, Bizans imperatorluğu ilə ibarət olan sərhədlər türkmən köçərilər tərəfindən əhatə edilirdi.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Kənar effekt (Proqramlaşdırma)
Kənar adamlar (film, 1992)
== Məzmun == Film təmiz və ülvi məhəbbət haqqında, dostluq etmək arzusunda olan gənclərin taleyi barədədir. Lakin taleyin hökmü ilə bu cavanlar çirkin adamların mafiya toruna düşürlər. Məhz məhəbbət onları ölümün pəncəsindən qurtarır. == Film haqqında == Filmin çəkilişinə 1 milyon 200 min rubl xərclənib. Film Fərid Hümbətovun "Quşbazlar" hekayəsi əsasında çəkilmişdir.